Sizin reklam burada
Sizin reklam burada

Bağdadda nümayişçilərə atəş açılıb: Çoxlu sayda ölən və yaralananlar var

Bağdadda nümayişçilərə atəş açılıb: Çoxlu sayda ölən və yaralananlar var



İraqın paytaxtı Bağdad şəhərində nümayişçilərin güllələnməsi nəticəsində 16 nəfər ölüb, 30-dan çox insan isə yaralanıb.
TASS xəbər verir ki, bu barədə “Al-Hadath” telekanalı məlumat yayıb.
Mülki avtomobillərdə olan bir qrup silahlı şəxs Əl-Hilani meydanına yaxınlaşaraq etirazçılara atəş açıb. Təxribatı törədənlərin kim olduğu hələ bilinmir.
Etirazçılar ordunu müdaxiləyə və onları müdafiə etməyə səsləyiblər.

  • Sosial şəbəkədə paylaş