Sizin reklam burada
Sizin reklam burada

Şərqi Azərbaycandakı zəlzələ nəticəsində 500-dən çox insan xəsarət alıb

Şərqi Azərbaycandakı zəlzələ nəticəsində 500-dən çox insan xəsarət alıb

Dünən gecə saatlarında İranın şimal-qərbində baş verən güclü zəlzələdən yaralananların sayı 529-a çatıb.
Bununla bağlı IRNA agentliyi məlumat yayıb. Şərqi Azərbaycan bölgəsinin fövqladə hallarla mübarizə və tibbi xidmət mərkəzinin rəhbəri Fərzad Rəhman bildirib ki, yaralılardan 31-i xəstəxanaya yerləşdirib, qalanları isə ambulator müalicədən sonra evə buraxılıb.
Xatırladaq ki, noyabrın 8-də Şərqi Azərbaycanda 5.9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Təbrizdən 156 kilometr aralıqda yerləşib. İranda baş vermiş zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Astara, Lənkəran, Lerik, Yardımlı və Masallıda da hiss edilib.

  • Sosial şəbəkədə paylaş