Sizin reklam burada
Sizin reklam burada

İranda güclü zəlzələ - 3 ölü, 20 yaralı

İranda güclü zəlzələ - 3 ölü, 20 yaralı



İranın şimal-qərbində 5,8 bal gücündə zəlzələ olub. “Qafqazinfo”nun “TASS”a istinadən məlumatına görə, dağıdıcı yeraltı təkan nəticəsində azı 3 nəfər ölüb, 20 nəfər yaralanıb.

Zəlzələ Şərqi Azərbaycan əyalətində qeydə alınıb. Yeraltı təkanların episentri Təbrizdən 118 kilometr aralıqda yerləşib.

Daha əvvəl xəbər verdiyimiz kimi, zəlzələ Azərbaycanın İranla sərhəd rayonlarında da hiss edilib.

  • Sosial şəbəkədə paylaş