Sizin reklam burada
Sizin reklam burada

Türkiyədə PKK terrorçuları iki çobanı qətlə yetirdi

Türkiyədə PKK terrorçuları iki çobanı qətlə yetirdi



Türkiyədə iki çoban PKK terrorçuları tərəfindən öldürülüb.

“Anadolu” xəbər verir ki, insident Şırnak əyalətində baş verib.

Axşam saatlarında Şırnakın Keçidboyu kəndinin Herbuş yaylağında heyvanlarını otaran Abdulhakim Demir və Vali Çevik adlı çobanlar terrorçular tərəfindən qaçırılıb.

Daha sonra həmin iki çobanın odlu silahla qətlə yetirilmiş meyitləri aşkar olunub.

Terrorçuların ələ keçirilməsi istiqamətində bölgədə əməliyyata başlanılıb.

  • Sosial şəbəkədə paylaş