Sizin reklam burada
Sizin reklam burada

Türkiyədə SOCAR-a məxsus olan "Petkim" limanında partlayış baş verib, ölən və yaralananlar var

Türkiyədə SOCAR-a məxsus olan "Petkim" limanında partlayış baş verib, ölən və yaralananlar var



Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində yerləşən və SOCAR-a məxsus olan "Petkim" limanında gəmidə partlayış baş verib. Partlayış yanğına səbəb olub.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, 16 nəfər müxtəlif xəsarət alıb.

Məlumata əsasən, hadisənin səbəbi hələ məlum deyil.

  • Sosial şəbəkədə paylaş