Sizin reklam burada
Sizin reklam burada

Yaponiyada zəlzələ zamanı azı 15 nəfər xəsarət alıb

Yaponiyada zəlzələ zamanı azı 15 nəfər xəsarət alıb


Çərşənbə axşamı Yaponiyada baş vermiş zəlzələ zamanı azı 15 nəfər xəsarət alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Kyodo" agentliyi ölkənin hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, zərərçəkənlərdən 9-u Yamaqata prefekturasında, 4-ü Niiqatada, daha 2 nəfər isə Miyaqi və İsikava prefekturalarında xəsarət alıblar.

Ölkənin Milli Meteorologiya İdarəsi zəlzələnin baş verdiyi regionlarda torpaq sürüşmələri barədə xəbərdarlıq edib. İdarə həmçinin yaxın həftələrdə Yamaqata və Niiqatada eyni bala malik növbəti zəlzələ ehtimalı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, ötən gün baş vermiş zəlzələnin episentri Yamaqata prefekturası sahillərində, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib. Əvvəlcə yeraltı təkanların 6,8 bal, sonra isə 6,7 bal gücündə qeydə alındığı bildirilib.

  • Sosial şəbəkədə paylaş