
ABŞ-ın İrandan neft almaqla bağlı sanksiyaları qüvvəyə minib.
Bu səbəbdən Çin İrandan neft almağı dayandırıb. Bu barədə Tehrandan olan sahibkarlar məlumat veriblər. Onların məlumatına görə, hətta kiçik həcmli neft alıcıları da alqı-satqını dayandırıblar.
Bildirilir ki, ABŞ-la kifayət qədər problemi olan Çin başqa bir problem istəmədiyi üçün İranla neft ticarətini dayandırıb.
Bununla yanaşı, İran hələ də ticarəti bərpa edəcəyinə ümidlidir. Hazırda Çinin kiçik neft emalı zavodu ilə 2 milyon barrel neft alqı-satqısı üzrə danışıqlar gedir. Amma hələlik nə Çin, nə də İran hökuməti buna razılıq verməyib.
