Sizin reklam burada
Sizin reklam burada

ABŞ Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım paketini elan edəcək

ABŞ Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım paketini elan edəcək



ABŞ Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım paketini elan edəcək.
Bu barədə "Politico" Konqresə göndərilən bildirişə və iki ABŞ rəsmisinə istinad edərək məlumat yayıb.

Nəşrin xəbərinə görə, artıq ABŞ ehtiyatlarında olan silahların ötürülməsini nəzərdə tutan paketə yeni “Patriot” raketləri, “Stinger” zenit raketləri, “Bradley” döyüş maşınları, MRAP-lar, “Javelin” zirehli sistemləri və digər döyüş sursatları daxildir.

Qeyd edək ki, bu, Konqres aprelin sonunda Ukrayna üçün əlavə maliyyələşdirməni təsdiqlədikdən sonra Kiyevə üçüncü yardım tranşıdır.

  • Sosial şəbəkədə paylaş