Sizin reklam burada
Sizin reklam burada

Çin ABŞ-ni "qırmızı xətt"i keçməməyə və tərəfdaş olmağa çağırıb

Çin ABŞ-ni "qırmızı xətt"i keçməməyə və tərəfdaş olmağa çağırıb





Çinin xarici işlər naziri Van İ Pekində səfərdə olan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündə ABŞ-ni Çinlə bağlı "qırmızı xətt"i keçməməyə çağırıb
Bu barədə xarici KİV-ə istinadən xəbər verir.

"Çinin tələbləri məntiqlidir, o, daima əsas maraqlara qarşılıqlı hörmət etməyin tərəfdarıdır. ABŞ Çinin daxili işlərinə qarışmamalı, Çində inkişafa təzyiq göstərməməli, həmçinin, Çinin suverenliyi, təhlükəsizliyi və maraqlarının inkişafı ilə bağlı "qırmızı xətt"i keçməməlidir", - Van İ deyib.

Çinli nazir ABŞ ilə münasibətlərin stabilləşməyə başladığını, lakin hələ də mənfi təsirlərə məruz qaldığını əlavə edib.

"Çinin qanuni hüquqları əsassız olaraq təzyiq görür və əsas maraqlarımız çağırışlarla üzləşir", - o deyib.

  • Sosial şəbəkədə paylaş