
Ermənistan İstintaq Komitəsi erməni hərbçi Avaq Zakaryanın ölümü ilə bağlı "adam öldürmə" maddəsi ilə cinayət işi açıb.
Bu barədə Komitənin mətbuat katibi Qor Abramyan ölkənin yerli KİV-lərinə məlumat verib.
Onun sözlərinə görə, hazırda ilkin istintaq çərçivəsində operativ tədbirlər görülür. Hadisə ilə bağlı təfərrüatın daha sonra açıqlanacağını deyən İstintaq Komitəsinin nümayəndəsi, cinayət işi üzrə saxlanılanların olub-olmadığına aydınlıq gətirməyib.
Qeyd edək ki, fevralın 24-də Ermənistanda hərbi hissələrin birində Avaq Zakaryan adlı hərbçi qeyri-müəyyən şəraitdə həlak olub. İlkin məlumatlara görə, hərbçinin odlu silahdan açılan atəş nəticəsində öldüyü bildirilib.
