Sizin reklam burada
Sizin reklam burada

NATO Rusiya tərəfindən birbaşa təhdid görmür

NATO Rusiya tərəfindən birbaşa təhdid görmür




NATO yaxın gələcəkdə Rusiya tərəfindən üzv ölkələrinə qarşı təhlükə görmür.

Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq jurnalistlərə deyib.

"NATO-nun müttəfiqləri üçün birbaşa və yaxud yaxınlaşan təhdid görmürük, lakin Rusiyanın etdiklərini diqqətlə izləyirik", - o deyib.

Xatırladaq ki, bir qədər əvvəl Almaniya KİV-i ölkənin Müdafiə Nazirliyinin Rusiya-NATO münasibətlərinin gərginləşəcəyinə hazırlaşdığına dair məlumat yaymışdı.
Qeyd olunub ki, Rusiya-Qərb münasibətləri kulminasiya nöqtəsinə çatacaq və 2025-ci ilin yayında müharibə qaçınılmaz olacaq.

Almaniyanın bununla əlaqədar olaraq, Rusiya ilə mümkün münaqişə ssenarilərini nəzərdən keçirdiyi bildirilib.

  • Sosial şəbəkədə paylaş