Sizin reklam burada
Sizin reklam burada

İsrailin yenidən hücumları nəticəsində artıq 15 fələstinli ölüb

İsrailin yenidən hücumları nəticəsində artıq 15 fələstinli ölüb



İsrailin Qəzza zolağına yenidən endirdiyi zərbələr nəticəsində 15 fələstinli həlak olub.
Bu barədə “Əl Ərəbiyyə” məlumat yayıb.
Bildirilib ki, onlardan 9-u anklavın mərkəzi hissəsində yerləşən “Maqazi” qaçqın düşərgəsinin bombalanması nəticəsində həlak olub.
Qeyd olunur ki, həmçinin Qəzza zolağının şimalında, mərkəzində və cənubunda yerləşən ərazilər də bombalanıb.
Xatırladaq ki, dekabrın 1-i səhər saatlarında İsrail Müdafiə Qüvvələri Fələstinin Həmas hərəkatını atəşkəsi pozmaqda ittiham edib və Qəzza zolağında döyüşləri bərpa etdiyini açıqlayıb.

  • Sosial şəbəkədə paylaş