Sizin reklam burada
Sizin reklam burada

Sumqayıt şəhər Təmizlik Departamentinin uğurları göz qabağındadır.

Sumqayıt şəhər Təmizlik Departamentinin uğurları göz qabağındadır.





Sumqayıt şəhər Təmizlik Departamentinin direktoru Atəş Rüstəmov 1976-cı ildə Qubadlı rayonunun Başarat kəndində anadan olub. Orta təhsilinə həmin kənddə başlayıb. 9-cu sinifdən etibarən Bakı şəhərində Kimya-biologiya təmayüllü liseydə təhsilini davam etdirib. 1999-2004-cü illərdə Sumqayıt Dövlət Universitetinin iqtisadiyyat fakültəsində qiyabi təhsil alıb. 2000-ci ildə Sumqayıt şəhər 20 saylı Mənzil İstismar idarəsində rəis vəzifəsinə təyin olunub. 2000-2012- cü illər ərzində həmin vəzifədə işləyib. 2012-ci ildən isə Sumqayıt Şəhər Təmizlik Departamentində Nəzarət bölməsinin şöbə müdiri olub və 2016-ci ilə qədər həmin vəzifədə çalışıb. Elə həmin il Abadlaşdırma və təmir-tikinti idarəsinin rəisi vəzifəsinə təyinat alıb. 2018-ci il 6 sentyabr tarixindən isə Sumqayıt şəhər Təmizlik Departamentində baş direktorudur.
Öz tarixinin yeni səhifəsini açan respublikamız milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdımaq istiqamətində addımlar atmağa başladı.
Yalnız yetkin və güclü dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilər. Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş perspektivlər açdı.
Yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistemimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən çıxış yollarının aramasını vacib sayırlar, belələri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.
Sumqayıt şəhər Təmizlik Departamentinin direktoru Atəş Rüstəmov belə insanlardandır.
Atəş Rüstəmov hər zaman dövlətə - dövlətçiliyə , xalqa -millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir.Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir . Atəş Rüstəmovun həyat səlnaməsinə nəzər salanda görürükki o hər zaman işinin öhdəsindən layiqincə gəlmiş , həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır . O ,hərzaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdur . Bizdə təcrübəli bir KİV rəhbəri kimi belə sadə məmurlarımızla qürur duymuşuq , fəxr etmişik.
Atəş Rüstəmov işlədiyi Sumqayıt şəhər Təmizlik Departamentində daim işçilərinin qayğısına qalmasında , Sumqayıt şəhərinin təmizliyində və abadlaşmasında Atəş müəllimin böyük xidmətləri vardır.
Bizdə bu çətin və şərəfli işində Atəş müəllimə və bütün koolektivinə gələcək işlərində uğurlar arzulayırıq.

  • Sosial şəbəkədə paylaş