Sizin reklam burada
Sizin reklam burada

Fuad Abbasovun Azərbaycana deportasiya ediləcəyi tarix bəlli olub

Fuad Abbasovun Azərbaycana deportasiya ediləcəyi tarix bəlli olub


Mayın 18-də məhkəmə qərarı ilə Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılan jurnalist Fuad Abbasovun Azərbaycana deportasiya ediləcəyi tarix bəlli olub.
Jurnalistin vəkili Elman Paşayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, rəsmi olaraq deportasiya mayın 28-nə nəzərdə tutulub.
Vəkil bildirib ki, bir qədər əvvəl müvəkkili ilə görüşüb:
“Fuad Abbasov Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Müəyyən prosedurlardan keçdikdən sonra mayın 28-i Azərbaycana deportasiyası gözlənilir".

  • Sosial şəbəkədə paylaş