Sizin reklam burada
Sizin reklam burada

Kral və Kraliçadan təbrik

Kral və Kraliçadan təbrik



Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Qanunpress.com xəbər verir ki, təbrikdə deyilir: “Zati-aliləri, Qardaşım İlham Heydər oğlu Əliyev. Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və Hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan dövlətinə və xalqına davamlı inkişaf və rifah arzu edirəm”.
***
Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabet də Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib: “Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Qarşıdakı illərdə Azərbaycan xalqına firavanlıq və xoşbəxtlik arzulayıram”.

  • Sosial şəbəkədə paylaş