Sizin reklam burada
Sizin reklam burada

“Nar” və NETTY ən yaxşı internet layihələrini mükafatlandıracaq

“Nar” və NETTY ən yaxşı internet layihələrini mükafatlandıracaq



“Nar” Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının sahəsində irəli sürülən təşəbbüslərə dəstək olmaq məqsədilə, “Netty” ilə əməkdaşlığını davam etdirir. “Netty” münsifləri hər il Azərbaycanın ən yaxşı İT layihələrini və mühüm veb-resurslarını mükafatlandırırlar.

Bu barədə şirkətdən xəbər verilib. Müsabiqəyə qatılmaq üçün netty.az saytına daxil olaraq layihənizi aşağıdakı 9 nominasiya üzrə təqdim edə bilərsiniz:

Dövlət və Elektron Cəmiyyət

Sosial məsuliyyət və cəmiyyət

Biznes və sahibkarlıq

Maliyyə və banklar

Elektron ticarət və kommersiya

Elm, təhsil və innovasiya

Səhiyyə, idman və turizm

Məlumat və xəbərlər

Mədəniyyət və incəsənət

Hər nominasiyanın 3 alt kateqoriyası var: Vebsaytlar, Tətbiqlər, Sosial kanallar və səhifələr. İştirak ərizələrinin qəbulu üçün son gün 30 noyabr 2023 tarixidir.

“Nar”-ın baş tərəfdaşlığı ilə keçirilən “Netty” Milli İnternet Mükafatı 20 ilə yaxındır ki, Azərbaycan seqmentində həyata keçirilən müxtəlif layihələri tanıdır və mükafatlandırır. “Netty” mükafatı ilə tərəfdaşlıq

“Nar”ın Azərbaycanda İKT sahəsinin tərəqqisinə yönələn koporativ sosial məsuliyyət (KSM) layihələrinin

məntiqi davamıdır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ