Sizin reklam burada
Sizin reklam burada

Yol polisinin qanuni tələbinə əməl etməyən yük avtomobilinin sürücüsü saxlanılıb

Yol polisinin qanuni tələbinə əməl etməyən yük avtomobilinin sürücüsü saxlanılıb





Yol polisinin qanuni tələbinə əməl etməyən yük avtomobilinin sürücüsü saxlanılıb.
Bu barədə Qanunpress.com - a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən yükdaşıma qaydalarını pozduğuna görə “Saxla” işarəsi verilən “Howo” markalı, 99-KN-720 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Tehran Abdullayev polisin qanuni tələbinə tabe olmayaraq hərəkətini davam etdirib.
İdarənin YPX Alayının II taqımının əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində Tehran Abdullayev saxlanılıb.
Sürücü barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Tehran Abdullayev inzibati qaydada həbs edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ