Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Əhmədli Klinikasının baş həkimi tibb üzrə fəlsəfə doktoru. Azərbaycan Kardioloqlar Cəmiyyətinin üzvü Alim Şıxəliyev ləyaqət nümunəsi sayılacaq vəzifə sahibidir.
...Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir məmur haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri məmuru müdafiə edən yazıya imza qoyur? Biz bu yazmı qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün məmurların böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala ONUN haqqında da belə düşünəcəkdik. Amma Əhmədli Klinikasının baş həkimi tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Kardioloqlar Cəmiyyətinin üzvü Alim Şıxəliyev vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən vəzifə sahibidir.
Alim Şıxəliyev söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. cox ziyalı, lazım olanda vumusaq. lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə "zəif1 cəhəti var ki. başqa bir məmur sərt tədbirlər görəcəyi halda, o. insani xüsusiyyətindən irəli gələrək basa salır ki. belə olmaz, belə devil. Mümkün və sona qədər ancaq basa salmağa calısır. Cox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki. o yumsaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o. bizim bildiklərimizdən daha cox bilir və dərk edir ki. cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar.
YAZIYA KİCİK BİR MÜSAHİBƏ
Müsahibimiz Əhmədli klinikasının baş həkimi Azərbaycan Kardioloqlar Cəmiyyətinin üzvü, tibb üzrə fəlsəfə doktoru Alim Şıxəliyevdi.
Əhmədli klinikası nə vaxtdan fəaliyyətfəfir və bu fəaliyyətin ümumilikdə insanlara, nə kimi faydası dəyir? Və hansı xidmətlər göstərilir?
Bu klinika Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir.
Biz əhaliyə ambulator xidmət göstəririk (kardialogiya, daxili xəstəliklər, messologia, stamatolojik) və başqa ixtisaslardan olan təcrübəli həkimlər çalışır. Müasir yaxşı təhciz olunmuş labaratoriya, ultrasəs, EXO, EKG, stres test, EEQ və başqa müayinə kabinetlər də fəaliyyət göstərir.
Son illər ürək-damar xəstəliklərindən əziyyət çəkən insanların sayının artması haqda fikirlərinizi bilmək istərdik.
Bəli, ölkəmizdə və bütün dünyada ürək-damar xəstəlikləri bu səbəbdən əmək qabiliyyətinin itməsi və ölüm halları çoxluq təşkil edir. Ürək xəstəliklərinin müalicə və proflaktikasında böyük uğurlar qazanmış, yeni müalicə üsulları tətbiq edilməkdədir. Azərbaycanda da bu sahədə də şox işlər görülmüşdür.
Ürək-damar xəstəliklərinin qarşısını almaq nə dərəcədə mümükündür və bunun üçün əhaliyə tövsiyəniz?
Bəli, mümkündür. Bunun üçün aşağdakılara əməl etmək lazımdır.
Arterial təzyiqə nəzarət, əgər yüksəkdirsə dərman qəbul etmək, xolestrinə nəzarət, siqaret, tütün çəkməkdən imtina, qanın şəkərinə nəzarət, bədənin çəkisi ideal çəkiyə yaxın olmalıdır. Fiziki aktivlik hər gün 7-10 min iri addımlar atmaq və ya idamn etmək. Sağlam qidalanmaq (yağ, piy, şəkər duzu, karbohidratları azaltmaq, meyvə - tərəvəz qəbul etmək)
Ölkəmizdə səhiyyənin indiki vəziyyəti ürək-damar xəstəliklərinin müalicəsin yüksək səviyyədə aparılmasına imkan verirmi?
Bəli, son 10 ildə kardialogiya sahəsində böyük uğurlar əldə edilmişdir. Dövlətimizin diqqəti sayəsində böyük uğurlar qazanılmışdır.
Bakıda və Gəncədə onlarla müasir Avropa standartlarına cavab verən kardialoji mərkəzlər açılmışdır. Bu mərkəzlərin əksəriyyəti yerli iş adamlarının yatırımı hesabına yaranmışdır. Ən müasir müalicələr və ən mürəkkəb əməliyyatlar bu mərkəzlərdə uğurla aparılır. Artıq ürək əməliyyatı üçün insanlarımız xaricə getmirlər. Mən Azərbaycan Kardialogiya Cəmiyyətinin rolunu xüsusilə də qeyd etmək istərdim. Tibbi kadrların təkminləşdirilməsində, elm və nəaliyyətlərin praktikaya tətbiq edilməsində, bu cəmiyyətin əvəzsiz rolu vardır. Hər il AKCrespublika və beynalxalq səviyyədə elmi konfranslar keçirir, kardialogiyamızın tanınmasında Avropa ölkələrindəki konqreslərdə iştirakını təşkil edir
Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb.
Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik.
Əhmədli Klinikasının baş həkimi, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Kardioloqlar Cəmiyyətinin üzvü Alim Şıxəliyevin Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onıın həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu Alim həkimin fəaliyyətinin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər hər bir insana yalnız baş ucalığı gətirə bilər.
... İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Əhmədli Klinikasının baş həkimi, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Kardioloqlar Cəmiyyətinin üzvü Alim Şıxəliyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o, vətəni, dövləti, xalqı uğrunda fədakarlıq göstərən əqidə adamıdır.
... Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət GÜN İŞIĞI kimidir: Bütün bölgədə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən təşkilatçı RƏHBƏR, gözəl insan və əsl Vətən daşı!
P.S
Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçmişlər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edilmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Vətən müharibəsi zamanı vətəndaşlıq borcunu layiqincə yerinə yetirərək Azərbaycan Ordusuna göstərdiyi maddi və mənəvi dəstəyə, qayğı və diqqətə görə Mühafıə Nazirliyinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərəm Vəliyev tərəfindən fəxri fərmanla və medalla təltif olunmuşdur.
