Sizin reklam burada
Sizin reklam burada

Eldar Abasov - Şərəfli ömür yolu .

Eldar Abasov - Şərəfli ömür yolu .






Travmatoloq-ortoped Professor Dr. Abbasov Eldar 1974-cü ildə Azərbaycan Tibb Universitetininmüalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.1 il Travmatologiya və Ortopediya kafedrasında asissent kimi çalışmışdır.1975-1987-ci illərdə Moskvada Elmi Tədqiqat Revmatologiya İnstitutunda çalışmış, Tibb elmləri namizədliyini və doktorluğunu müdafiə etmişdir.1995-2006-cı ildə Elmi Artrologiya şöbəsinin direktoru olmuşdur.Hal-hazırda ATU-nun Travmatologiya və Ortopediya kafedrasının professorudu.100-dən artıq elmı məqaləsi və monoqrafiyası çap olunub.Travmatoloq-ortoped Professor Dr.Abbasov Eldar Oksigen Klinik Xəstəxanasında xəstələrin muayinə və müalicəsini həyata keçirir:
Bu gün Azərbaycan xalqının tarixinin ən şanlı, şərəfli və qürurverici anlarını yaşadığı gündür. Xalqımız 30 ilədək davam edən bir ləkəni üstündən təmizlədi
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tariximizi cəsur, mübariz Azərbaycan əsgərinin şücaəti ilə yenidən yazdı. 1 milyondan artıq insana 30 ilədək bir müddətdə köçkünlük acısı yaşadan, dədə-baba torpaqlarımıza işğal yolu ilə sahiblənib sərvətini mənimsəyən, mədəni abidələrimizi, yurd yerlərimizi viran qoyan Ermənistan haqq savaşında məğlub oldu.
Ümumiyyətlə, tarixin bütün dönəmlərində ad-san qazanmış şəxslər çox olublar. Onların bəziləri istər mərkəzi ərazilərdə, istərsə də bölgələrdə müəyyən imtiyaz və söz sahibi olub əksəriyyət tərəfindən sevilsələr də, bəziləri isə heç də hər kəs tərəfindən lazımınca rəğbət hissi qazana bilməyiblər. Bu kimi halların varlığı bütün dönəmlərdə olmuş və bu gün də özünü təsdiq etməkdədir. Belə şəxslərdən fərqli olaraq haqqında söhbət açdığımız, hansı ki, xarakterik xüsusiyyətinin gözəlliyi və həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksəriyyətdən fərqlənən Eldar Abasov bu gün əsl xalq məhəbbətini qazanan şəxslərdən biridir. Çünki, adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb. Travmatoloq-orteped -Prof. Dr. Eldar Abasov öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Eldar Abasov özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir. Eldar Abasovu tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.
Hər kəsə bəllidir ki, Eldar Abasov yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. Eldar Abasov bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Eldar Abasov hər zaman Dövlətə - Dövlətçiliyə , Xalqa -Millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir.Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir . Eldar Abasovun həyat səlnaməsinə nəzər salanda görürük ki , o , hər zaman işinin öhdəsindən layiqincə gəlmişdir . Bizdə təcrübəli bir KİV rəhbəri kimi belə təcrübəli həkimlərimizlə qürur duymuşuq , fəxr etmişik.
Bu çətin və şərəfli vəzifəsində Eldar həkimə və bütün koolektivinə gələcək işlərində uğurlar arzulayırıq.
Hörmətlə Qanunpress . com xəbər portalının rəhbəri Vidadi Gözəlöv .

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ