Sizin reklam burada
Sizin reklam burada

Salyanda qatar qadını vuraraq öldürüb

Salyanda qatar qadını vuraraq öldürüb




Qanunpress.com- un Aran bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin “Süd zavodu” adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayonun Arbatan kənd sakini, 1969-cu il təvəllüdlü Dadaşova Sədaqət Azadxan qızı dəmir yolunu keçmək istəyən zaman onu qatar vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq, S.Dadaşovanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ