Sizin reklam burada
Sizin reklam burada

FHN-nin Mingəçevirdəki Mühavizə Taborunda nələr baş verir?- NARAZILIQ

FHN-nin Mingəçevirdəki Mühavizə Taborunda nələr baş verir?- NARAZILIQ





FHN nin “N” saylı hərbi hissəsinin Mingəçevirdəki mühavizə taborunda özbaşınalıq, rüşvət, oğurluq və səbəbsiz yerə şəxsi heyyəti incidilməsi kimi hallarla bağlı Dünyanınsəsi.Az saytına şok məlumatlar daxil olub.
Mənbə qeyd edir ki, sözügedən hərbi hissənin mühavizə taborunu bir qrup zabitlər özlərinin şəxsi biznes mənbəyinə çeviriblər.
Belə ki, işə rüşvət müqabilində gəlməyənlərin yerinə digər şəxsi heyyətin əməkdaşları cəlb edilir.Halbu ki, hərbi qulluqçular sülh şəraitində bir gün işə gəlib iki gün də evlərinə buraxılmalıdır.Burada aylığa buraxılanların yerinə hər gün xidmətə çıxanlara əlavə maaşda verilmir. Məhz buna görədə hərbi hissədəki özbaşınalıqlar ücbatında hərbiçilər öz ailə problemlərini də həll edə bilmirlər. Bu haqda dəfələrlə yuxarı komandanlığa şikayət edilsədə heç bir rəsmi tədbir görülmədiyi bildirilir.Bu cür dözülməz vəziyyətlə barışmayan hərbi qulluqçular isə işdən qovulur.Əvəzin yeni qulluqçular işə qəbul edirlər.Məlumat verən mənbə onu da qeyd edir ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinə sıravi şəxslərin qəbulu 15-17 min manata başa gəlir.
Həm də bəhs etdiyimiz taboru zabitlər öz şəxsi biznes mənbəyinə çevirməklə sıravi qulluqçulara isə fəhlə kimi davranıldığı qeyd edilir.Mənbə qeyd edir ki, butun bunlarin başında qərargah rəisi Baş leytenant Faiq Muradxanovun durduğu da bildirilir. Gəncədəki hərbi hissədən tabora yeni gələn adını “Qazi” qoyan Baş leytenant Fərid Ağayevdə hərbi hissədə mənəmlik etməkdə adı hallanır.

Tabordakı texnikalar və yanacaqla da bağlı vəziyyət ürək açan deyil

Məlumatda qeyd edilir ki, texnikalar yarasız olsada təmir və ehtiyyat hissələri şəxsi vəsaitlə alınmaqla hər ay yanacaqla bagli yeyintiler olub.Bu yanacaq kartindan silinmələrlə bağlı dəfələrlə yuxarı komandanlığın xəbəri olsada hər dəfə də ört-basdır edilib.
Mingəçevir Su hövzəsində balıq oğurluğuna görə kimlər həbs edilib?
Saytımız məlumat verən mənbə qeyd edir ki, iki, üc ay əvvəl “Caspian Fish” və “Caspian Farm” şirkətlərində külli miqdar balıq oğurlanıb.Hər iki şirkətə məxsus olan vətəkələri FHN nin XRXX- nin N sayli hərbi hissəsi qoruyur.Şirkətlərə məxsus olan vətəkələrin ərazisində sözügedən hərbi hissənin iki postu olduğu da bildirilir.Baş vermiş balıq oğurluğunun başında tabor komandiri mayor Səbuhi Məsimzadənin və kapitan Baxşəli Məmmədovun daynadığı iddia edilsədə onlarda məsuliyyətə cəlb edilməyib.Halbuki sözügedən oğurluqda Baxşəli Məmmədovun qardaşının əli olduğundan onun da həbs edilidiyi qeyd edilir.
Ağ balıq oğurluğunda adları keçən zabitlər azadlıqda qalmağı bacarsa digər iki nəfər şirkətin mühavizəçiləri həbs edilib.
Ümumilkidə bu hərbi hissə komandirlərinin iş birliyi nəticəsində “Caspian Firsh” və “Caspian Farm” şirkətlərinə ümumilikdə 200-300min manata yaxin ziyan dəydiyi iddia edilir.Mühavizə taborunun komandiri su hövzəsində iki nəfər müli şəxsi cəlb etdirməklə mühavizə olunan ərazilərdə katerlərlə balıq ovu etdirdiyi də bu ittihamların sırasındadır.

FHN-nin Mingəçevirdəki Mühavizə Taborunda nələr baş verir?- NARAZILIQ
Səsləndirilən ittihamla bağlı qarşı tərəfində mövqeyini dərc edə bilərik.

Dünyanınsəsi.Az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ