
Rayonun keçmiş başçısı Rövşən Bağırov əvvəllər karrupiya və rüşvətxorluqla rayon təhsil şöbəsinin müdiri vəzifəsindən uzaqlaşdırılan Balaşirin Nəsirovu bələdiyyə sədri təyin etdi. Balaşirin Nəsirovun illərlə çirkin, əxlaqsız əməllərinə görə yaşadığı Mastayıl kəndində belə heç bir hörmət və nufuzu qalmadığından doğma kəndindən bələdiyyəyə namizədliyi hətda irəli sürlmədi. Lakin Rövşən Bağırov illərlə əhalinin, şəhər sakinlərinin hörmət və nüfuzunu qazanmış insanları, ağsaqqalları, ziyalıları “tapdalayaraq” əvvəllər onunla bir çox işlərdə şəriklik etmiş, əxlaqsız, cinayətkar birini Lerikdə belə bir mühüm posta gətirməklə bir növ lerikliləri də təhqir etmiş oldu.
Lerik şəhərində hazırda çox acınacaqlı vəziyyət hökm sürməkdədir. Balaşirin Nəsirov bələdiyyə sədri kimi yığılan pulları, dövlət tərəfindən verilən vəsaitləri öz ata malı kimi yeməklə məşğul olur. Sədr təyin edildiyi ilk gündən bu günə kimi Lerikdə bələdiyyə tərəfindən heç bir iş görməmişdir. Qanunda şəhərin abadlığında, təmizliyində bir başa iştirak etməli olduğu halda Leriki acınacaqlı vəziyyətə qoymuşdur. İndiyə kimi Lerik şəhərində bələdiyyə tərəfindən 1 kvadrat metrlik sahədə belə abadlıq, təmizlik işləri görülməmişdir. Qanunda bələdiyyə sədrinin işi-peşəsi saxtakarlıq etmək, dövlət vəsaitlərini, bələdiyyə büdcəsini talamaqdan ibarətdirsə bu barədə aidiyyəti orqanlar mətbuatda, televiziyada insanları məlumatlandırsınlar bizlər də bilək. Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikası qanunun 52-2–ci maddəsinə əsasən bələdiyyə hər ilin yanvar ayının üçüncü həftəsinin bazar ertəsi görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə hesabat verməlidir. Bir Lerik sakini deyə bilməz ki, B.Nəsirov bələdiyyə sədri olaraq haçansa hesabat verib. İndiyə kimi bələdiyyə büdcəsinə daxil olan 50000 manatdan çox vəsaiti bələdiyyə üzvlərinin xəbərləri olmadan, saxta kağız üzərində iclaslar keçirməklə, üzvlərin yerinə saxta imzalar çəkməklə həzm etmişdir. Qanununda isə bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılmalı və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməlidir. Məgər bu qanunlar görünür Lerik bələdiyyəsinə aid deyildir?... İllərdir Lerik şəhərində ictimai ayaqyolu problemi vardır. Təkcə B.Nəsirov hər il minlərlə manat ayaqyolu tikintisi adı ilə vəsait silir, amma ortada heç bir tikinti yoxdur. Biz Lerikə gələn qonağların qarşısında artıq utanırıq. Çox vaxt bu kimi məsələləri Lerikə gələn turistlər belə telefonlarına çəkir, sosial şəbəkələrdə yayırlar.
Cənab prezident! Bələdiyyələrin fəaliyyətinə nəzarəti həyata keçirən əsas orqanlar vardır. Bu yuxarıda qeyd etdiklərimiz inanmırıq ki, həmin orqanlardan gizlin olsun. B.Nəsirovun mən heç nəyi tək yemirəm, regional ədliyəyə haqq verirəm ki, bu günə kimi mənə dəyib dolaşan da yoxdur deməyi heç də adi söz deyildir. Lerik rayon icra hakimiyyəti də şəhər bələdiyəsinin fəaliyyətinə göz yumur. Bələdiyyələrə nəzarəti həyata keçirən orqanlar, xüsusən də Azərbaycan Respublikası Ədliyyə Nazirinin Bələdiyyələrlə İş Mərkəzi, Lənkəran regional ədliyyə idarəsi işini Sizin tapşırıq və tövsiyələrinizə uyğun şəkildə qurub bu günə kimi bələdiyyəyə nəzarəti düzgün təşkil etmiş olsaydı Lerikdə bu cür neqativ hallar pik həddə çatmazdı. Onlara dövlətin verdiyi rütbə və səlahiyyətin məsuliyyətini dərk edib Lerik bələdiyyəsinin fəaliyyətinin obyektiv araşdırılması barədə tapşırıq verməyinizi Leriklilər adından Sizdən xahiş edirik.
Müraciəti ağsaqqallar, şəhid ailləri, qazilər, ümumilikdən 50 nəfərə yaxın lerik sakini imzalamışlar.
Xatırladaq ki, Balaşirin Nəsirov keşmiş millət vəkili Hüseynbala Mirələmovun bacısı oğludur. O, 14 aprel 2010-cu ildə Lerik Rayon Təhsil Şöbəsinə müdir təyin edilmiş, vətəndaş müraciətləri əsasında 2017-ci ildə Təhsil Nazirliyi tərəfindən Lerik Rayon Təhsil Şöbəsində aparılmış araşdırma və yoxlamalar zamanı külli miqdarda rüşvət alma, dövlət vəsaitinin mənimsəmə faktları ilə işdən uzaqlaşdırılmışdır. Həmin dövrdə Təhsil Naziri Mikayıl Cabbarovun əmri ilə toplanmış materiallar aidiyyəti üzrə baş prokurorluğa göndərilmiş, barəsində Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi açılmışdır. B.Nəsirovun dayısı, keçmiş deputat Hüseynbala Mirələmovun himayəsi altında barəsində açılmış cinayət işindən yüngül caza ilə xilas ola bilmişdir. Balaşirin Nəsirovun 1992-ci ildə 9-cu sinifdə oxuyan doğma əmisi qızı Sevinc Nəsirovaya təcavüz etməsi, sonradan onu yoxa çıxartması, hələdə barəsində heç bir məlumatın olmaması faktı da KİV-də mütamadi işıqlandırılır. Həmçinin oğlu Elnur Nəsirov ailəli olan əmisi qızına qarşı əxlaqsız hərəkətlər etdiyinə görə qardaşı oğlu Elçən Nəsirov tərəfindən başı kəsilərək öldürülmüşdür.
Qanunpress.com.
