Sizin reklam burada
Sizin reklam burada

Növbədənkənar prezident seçkilərində Xankəndidə səs verəcək seçicilərin sayı açıqlanıb

Növbədənkənar prezident seçkilərində Xankəndidə səs verəcək seçicilərin sayı açıqlanıb



Növbədənkənar prezident seçkiləri ilə bağlı Xankəndidə 800-900 seçici səs verəcək.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

MSK sədri bildirib ki, artıq azad olunmuş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb: “Azad olunmuş ərazilərdə təxminən 23 minə yaxın seçici səs verəcək. Hər məntəqəyə 800-900 seçici düşür. Bu, kifayət qədər yaxşı rəqəmdir”.

  • Sosial şəbəkədə paylaş