Sizin reklam burada
Sizin reklam burada

Daha hansı deputat xaricə milyonları daşıyıb?

Daha hansı deputat xaricə milyonları daşıyıb?





"Əvvəl də yazmışdım, deputatları xarici ölkələrlə parlamentlərarası əlaqələr üzrə işçi qruplarına o ölkələrdəki biznesinin, əmlak və ya vəsaitlərinin mövcudluğu prinsipi ilə təyin edirlər. Məsələn, Cavansir Feyziyev Böyük Britaniya - Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir". Qanunpress.com-un məlumatına görə, bunu yazan araşdırmaçı jurnalist Cavanşir Həsənli eyham vurur ki, oliqarx-deputatlara bu məsələdə də işlərini yürüdə bilmələri üçün "torpil yapılıb".
Qeyd edək ki, son günlər Cavanşir Feyziyevin məsələsi ölkə gündəmində şok effekti yaradıb. Bunu diqqətə gətirən C.Həsənli ayrı-ayrı deputatlar barəsində də maraqlı faktları açıqlayıb.
Onları təqdim edirik:
"Məsələn, Ülvi Quliyev də Azərbaycan - Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun (Cavanşir Feyziyevin rəhbəri olduğu) üzvüdür, oğlunun Londonda beş evi var. Cənab Quliyev eyni zamanda Rusiya - Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvüdür, oğlunun Sankt Peterburqda "Xoçu kabab" restoranları var. Həmçinin Türkiyə - Azərbaycanın parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvüdür, oğlu orda da biznes qurub. Axtarsaq hələ Koreyada, Peruda da çıxacaq.
Dövlətimiz adına çalışırlar, əziyyət çəkirlər".
***
"Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun daha bir üzvü Qaxın fındıq-fıstıq meşələrinin qənimi Azər Kərimlidir. Hər iki oğlu Londonda xırda-para işlərlə məşğuldur, neft treyderi kimi tanınırlar, daşınmaz əmlak bazarında gözə dəyirlər. Qardaşı qızı ABŞ--da mənzil alıb məskunlaşdığı üçün gələcəkdə Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunda da təmsil olunmaq şansı var".
***
"Azərbaycan - Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri möhtərəm şeyximizin kürəkəni Əliabbas Salahzadədir. Bilirsinizmi, Cibuti bizim üçün niyə əhəmiyyətlidir? Çünki Paşazadələr bu ölkədən xurma, banan və ədviyyat idxal edir".
***
Qeyd edək ki, araşdırmaçı-jurnalist deputatları İFŞA FAKTLARINI davam etdirməkdədir və biz də intensiv olaraq oxucularımızı məlumatlandıracağıq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı Qanunpress.com olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

  • Sosial şəbəkədə paylaş