Sizin reklam burada
Sizin reklam burada

ICESCO Nəsimi Festivalının tərəfdaşı oldu




İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO Nəsimi Festivalının təşkilatçıları sırasına daxil olub.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ənənəvi keçirilən Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalı 2018-ci ildən təşkil edilir.

Bu il festival sentyabrın 23-25-də Bakı və Şamaxıda keçiriləcək.

Nəsimi festivalının gələcəkdə ICESCO-nun baş qərargahının yerləşdiyi Rabat şəhərində də təşkili müzakirə olunan məsələlər sırasındadır.

  • Sosial şəbəkədə paylaş