Nəsimi rayon 159 saylı tam orta məktəbin 1c sinif rəhbəri olan Lalə müəllimə sizi ad gününüz münasibəti ilə 1c sinifinin şagirdləri və valideyinləri adından təbrik edirik !
Siz bütün gözəl xüsusiyyətlərə sahib olan və sərgiləyən ən yaxşı müəllimlərdənsiniz . Bu 4 illik tədris yolunda evladlarımıza öyrədəcəyiniz təlim - tərbiyəni və çəkdiyiniz əziyyətiniz üçün sizə minnətdarıq !
Evladlarımızın sizin kimi müəlliməyə kiçik yaşda rastlaşması və sizlə birlikdə maariflənməsi üçün çox şanslıyıq .
Sizi çox sevirik və daha böyük uğurlar gözəl günlər arzulayırıq !
Təbrik edirik !
Müəllim, ey əziz, ey gözəl insan,
Sənə nə söyləyim, olsun dəyərli?
Dünyada elə bir agac varmıdır,
Əkdiyin ağactək ola bəhərli?
Dünyada elə bir zirvə varmıdır,
Sənin fəth etdiyin zirvədən uca?
Mən necə yığım ki, etdiklərini
Müəllim adına sığsın qısaca?
Sən bizə həm ana, həm ata oldun,
Bizimlə bağlandı arzun, diləyin.
Bütün ömrün boyu bizlərdən ötrü
Şam kimi əridi vuran ürəyin.
Haçan dara düşdük, əlin uzadıb
Özünü köməyə yetirmisən sən.
Bizim sabahımız nur olsun deyə
Gözünün nurunu itirmisən sən.
