Sizin reklam burada
Sizin reklam burada

Konstitusiya Məhkəməsi sədrinin maaşı artırılıb

Konstitusiya Məhkəməsi sədrinin maaşı artırılıb



Azərbaycan Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Müvafiq sənədi AZƏRTAC dərc edib.
Dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Milli Məclis sədrinin aylıq vəzifə maaşına (2 475) bərabər olub.
Qeyd edək ki, Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2 335 manatdır.
Bundan əlavə, Konstitusiya Məhkəməsinin hakiminə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödəniləcək.

  • Sosial şəbəkədə paylaş