Sizin reklam burada
Sizin reklam burada

Bu ərazidə 2000 abonent qazsız qalacaq

Bu ərazidə 2000 abonent qazsız qalacaq



Sumqayıt şəhəri, Stansiya Sumqayıt Qaçqın şəhərciyi ünvanında “Abşeron Modul” tipli mini QPS-də əhali və sənaye ölçü qovşaqlarının baypas xətləri üzərində qapayıcı vasitənin quraşdırılması ilə əlaqədar 13.03.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaqdır.
Bu barədə Sumqayıt Regional Qaz İstismarı idarəsi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə qeyd edilən ünvanda 2000 istehlakçının qaz təchizatında fasilə yarancaqdır.

  • Sosial şəbəkədə paylaş