Sizin reklam burada
Sizin reklam burada

Azərbaycandan keçən tranzit qatarların sayı açıqlandı






“AZCON Holding” şirkətlərindən olan ADY bu ilin 10 ayı ərzində 317 blok-qatar, o cümlədən 119 tranzit qatar qəbul edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 32% artım deməkdir.
Bu barədə “Qafqazinfo”ya Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.

Bildirilib ki, qeyd olunan dövrdə ümumilikdə 112 608 TEU konteyner yük daşınıb ki, bu da 2024-cü ilin analoji dövrünün göstəricisindən (95 483 TEU) təxminən 18 faiz çoxdur.
Azərbaycandan keçən tranzit qatarların sayı açıqlandı

  • Sosial şəbəkədə paylaş