Sizin reklam burada
Sizin reklam burada

Hər zaman xalqın yanında olmağı bacaran əsl insan : Məmməd Tağıyev.

Hər zaman xalqın yanında olmağı bacaran əsl insan : Məmməd Tağıyev.



Məsəl var deyərlər əl tutmaq Əlidən qalıb.Azərbaycan xalqı hər zaman öz qonaqpərvərliyi,xeyirxahlığı,mərhəməti və uzaqgörənliyi ilə həmişə öndə olub. Bütün dünya müsəlmanlarının müqəddəs bayramı sayılan Qurban bayramı ərəfəsindəyik.Bu bayramı bütün müsəlmanlar təm-təraqla qeyd edir. Öz bayram sevincini qonşulara,yaxınlarına,kasıblara bayram sovqatı göndərməklə bölüşürlər. Sevindirici haldır ki,bu gün yüzlərlə iş adamları,vicdanlı şəxsiyyətlər vardır ki,şəhid ailələrinə,qazilərə,aztəminatlı ailələrə daim diqqət və qayğı göstərərək hər zaman onlara maddi və mənəvi dəstək göstərir.
Belə insanlardan biridə dəyərli şəxsiyyət,Alicənab insan olan çox hörmətli Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru, YAP Tovuz rayon təşkilatının üzvü Məmməd Tağıyevdir. Məmməd müəllim hər zaman belə nəcib işlərdə hər zaman daha diqqətli olur. O hər zaman öz doğma kollektivinə,şəhid ailələrinə,qazilərə,aztəminatlı ailələrə,kimsəsizlərə,ahıl insanlara öz mənəvi və maddi dəstəyini göstərərək daim onların yanında olur. Çox sağ olun gözəl insan olan Məmməd müəllim. Etdiyiniz bu insani hərəkətlər çox təqdirə layiqdir. Bəli bu xeyirxah əməllər həm insafdandır,həm də imandandır .Hər zaman imanınız kamil olsun çox hörmətli Məmməd müəllim.
Məmməd müəllim bütün fəaliyyəti boyu Dövlətə- Dövlətçiliyə,Xalqa -Millətə,Qanunların Aliliyinə,Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə fəxarətlə xidmət edərək hər zaman öz əməlləri ilə başqalarına örnək olub. Sevindirici haldır ki,bu tendesiya bu ğündə uğurla davam edir. Son olaraq bizdə Qanunpress.com İnformasiya Agentliyinin Rəhbəri və kollektivi adından çox hörmətli Məmməd müəllimi,kollektivini,doğmalarını,yaxınlarını bu müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edir və həyatda xoş günlər müdriklik arzu edirik. Bol -bol ruzi bərəkət,möhkəm can sağlığı və ailə səadəti arzu edirik. Qoy ULU Tanrının dərgahında etdiyiniz dualar,edilən dualar UCA RƏBBİMİZ tərəfindən qəbul olsun. Amin İnşallah. Hörmətlə Vidadi müəllim. Qanunpress.com İnformasiya Agentliyinin Rəhbəri.

  • Sosial şəbəkədə paylaş