Sizin reklam burada
Sizin reklam burada

Bakının iki ayrı rayonunda iki piyada vuruldu

Bakının iki ayrı rayonunda iki piyada vuruldu


Bakıda piyadaların vurulması ilə nəticələnən iki qəza hadisəsi baş verib.
Qanunpress.com xəbər verir ki, hadisələrdən biri Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb.
Minik avtomobili 1976-cı il təvəllüdlü Babayev Vüqar Səfər oğlunu vurub.
Yaralı xəstəxanaya çatdırılıb. Ona sağ dizin əzilmiş yarası, barmaqların sıyrılmış-kəsilmiş yarası diaqnozu qoyulub.
Xətai rayonunda da yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.
Qəza “Tac Mahal” restoranının yaxınlığında qeydə alınıb.
Avtomobil yolu keçmək istəyən 1989-cu il təvəllüdlü Cəfərov Nəriman Zaur oğlunu vurub.
Yaralı xəstəxanaya çatdırılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş