Sizin reklam burada
Sizin reklam burada

Zabratda 23 yaşlı gənc bıçaqlandı

Zabratda 23 yaşlı gənc bıçaqlandı


Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Qanunpress.com xəbər verir ki, Zabrat qəsəbəsində qeydə alınmış insident zamanı 1996-cı il təvəllüdlü Heydərov Tərlan Tofiq oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.
O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
T.Heydərov Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti isə orta ağır kimi qiymətləndirilir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş