
Bakıda avtomobili aşıran sürücü ağır xəsarət alıb.
Qanunpress.com xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.
1987-ci il təvəllüdlü Əkbərov Murad Tahir oğlu idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşını aşırıb.
Qəza zamanı M.Əkbərovun boynu sınıb.
Faktla bağlı araşdırma aparılır.
