
Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
APA-nın məlumatına görə, hadisə Binə qəsəbəsində baş verib.
1992-ci il təvəllüdlü İbrahimov Emin İsmayıl oğlu avtomobili vurması nəticəsində xəsarət alıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Qəzanın səbəbləri dəqiqləşdirilir.
