
Sabunçu rayonunda 78 yaşlı qadın qol qəzası nəticəsində ağır xəsarət alıb.
APA xəbər verir ki, Pirşağı qəsəbəsində dəniz kənarında minik avtomobili piyada, 1941-ci il təvəllüdlü Xasanova Minagül Farux qızını vurub.
Yaralı ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
