Sizin reklam burada
Sizin reklam burada

Həyat yoldaşını öldürən keçmiş məhkum 18 il müddətinə azadlıqdan məhrum edilib

Həyat yoldaşını öldürən keçmiş məhkum 18 il müddətinə azadlıqdan məhrum edilib




Həyat yoldaşını öldürməkdə ittiham edilən şəxsin məhkəməsi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsibdə qətl törətməkdə təqsirləndirilən 1991-ci il təvəllüdlü İlkin Abdullayevin cinayət işi üzrə məhkəmə iclası baş tutub.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən İ.Abdullayev 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, qətl hadisəsi ötən il oktyabrın 24-də Xətai rayonunda baş verib. 24 yaşlı Səriyyə Abdullayeva yaşadığı evdə keçmiş həyat yoldaşı 27 yaşlı İlkin Abdullayev tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Məlum olub ki, əvvəllər məhkum olunan Hövsan qəsəbə sakini İlkin Abdullayev bir neçə il əvvəl arvadından boşanıb. Lakin boşanmalarına baxmayaraq onların arasında münaqişə davam edib.

Oktyabrın 23-də özü ilə bıçaq götürən 27 yaşlı İlkin əvvəlcədən planlaşdırdığı kimi Səriyyənin yaşadığı evə gəlib və 4 yaşlı uşağın gözü önündə ona çoxsaylı zərbələr endirib. Qadın aldığı çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərdən hadisə yerində keçinib.

İstintaq orqanı tərəfindən İlkin Cəmil oğlu Abdullayevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

  • Sosial şəbəkədə paylaş