Sizin reklam burada
Sizin reklam burada

Abşeronda minik və yük avtomobili toqquşub, ölən var

Abşeronda minik və yük avtomobili toqquşub, ölən var


Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası olub.
Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə, rayonun Masazır qəsəbəsində “LADA” markalı minik avtomobili və “Shacman” markalı yük avtomobili toqquşub.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü 1997-ci il təvəllüdlü Allahverdiyev Murad Taleh oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

  • Sosial şəbəkədə paylaş