
Bakının Sabunçu rayonunda nənə və nəvəsini maşın vurub.
Qanunpress.com xəbər verir ki, Hadisə Zabrat qəsəbəsində baş verib. Qəza zamanı 1958-ci il təvəllüdlü Mahmudova Rübabə Kərim qızı və 2014-cü il təvəllüdlü Həsənli Nuray müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.
Rübabə Mahmudovaya qolun sınması, Həsənli Nuraya isə qarının küt travması diaqnozu qoyulub. Onlara ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
