
Gəncə şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində yanğın baş verib.
Qanunpress.com FHN-nə istinadən xəbər verir ki, 6 m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
