Sizin reklam burada
Sizin reklam burada

Qarabağda erməni əsgər ölüb

Qarabağda erməni əsgər ölüb


Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni əsgər ölüb.
Qanunpress.com “tert.am” saytına istinadən verdiyi xəbərə görə, insident martın 26-da qondarma Qarabağın şimal-şərq hissəsində yerləşən hərbi hissələrdən birində qeydə alınıb.
Məlumata görə, ölən şəxs 1998-ci il təvəllüdlü Arakelyan Ara Qevorqoviçdir.
Faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş