
Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində 1 nəfər süni göldə batıb.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, meyitin çıxarılmasına köməklik göstərilməsi üçün nazirliyin “112” qaynar telefon xəttinə müraciət daxil olub.
Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri müraciət üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
