Sizin reklam burada
Sizin reklam burada

Yağış yağır, külək əsir - Faktiki hava

Yağış yağır, külək əsir - Faktiki hava



Azərbaycanda oktyabrın 1-i saat 18:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Zaqatala, Şəki, Oğuz, İsmayıllı, Xızı, Quba, Qusar, Şabran, Yevlax, Lerikdə arabir yağış yağır.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, Goranboyda 19, Culfa, Naftalanda 18, Şirvanda 15 m/s-yə çatır.

  • Sosial şəbəkədə paylaş