Sizin reklam burada
Sizin reklam burada

Fiziki məhdudiyyətli şəxsin bıçaqladığı qadın öldü

Fiziki məhdudiyyətli şəxsin bıçaqladığı qadın öldü




Beyləqanda fiziki məhdudiyyətli şəxsin bıçaqladığı 48 yaşlı qadın ölüb.
Hadisə ötən gün rayonun Bolsulu kəndində qeydə alınıb.

Kənd sakini Həsənova Bəsti Muxtar qızı mübahisə zəminində bıçaqlanıb və Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra B.Həsənova Sabunçu Tibb Mərkəzinə göndərilərkən yolda ölüb.

Baş vermiş hadisə ilə bağlı onun həmkəndlisi 23 yaşlı Amil Ağayev saxlanılıb. Onun fiziki məhdudiyyətli olduğu bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ