Sizin reklam burada
Sizin reklam burada

Lənkəranda maşın su arxına aşdı - Xəsarət alan var

Lənkəranda maşın su arxına aşdı - Xəsarət alan var



Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə axşam saatlarında Lənkəran şəhərinin Səttərxan küçəsində qeydə alınıb.

Belə ki, Lənkəran şəhər sakini 1987-ci il təvəllüdlü Ülkər Əsədovanın idarə etdiyi “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxararaq yol kənarındakı suötürücü arxa aşıb.

Qəzada sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ