Sizin reklam burada
Sizin reklam burada

Bu ərazilərə qar yağır - Faktiki hava

Bu ərazilərə qar yağır - Faktiki hava


Fevralın 28-i saat 18:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabranda qar yağır.

Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyinin sürəti Laçında 19 m/s, Zəngilanda 18 m/s, Kəlbəcərdə 17 m/s, Şirvanda 15 m/s-yə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1, Aran rayonlarında 7, Naxçıvan MR-da 5 dərəcəyədək isti, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ