Sizin reklam burada
Sizin reklam burada

Bakıda qatar avtomobillə toqquşdu: Xəsarət alan var


Bakıda qatar avtomobillə toqquşdu: Xəsarət alan var



Bakının Xəzər rayonunda ağır yol qəzası baş verib.

Qanunpress.com apa-ya istinadən xəbər verir ki, hadisə Qala qəsəbəsində şlaqbaumsuz dəmiryol keçidində olub.

1963-cü il təvəllüdlü Kərimov Aydın Kamil oğlu idarə etdiyi “VAZ 2107” markalı nəqliyyat vasitəsilə keçiddən keçərkən yük qatarına çırpılıb.

Zərbənin təsirindən avtomobil bir neçə metr kənara aşıb.

Qəza nəticəsində A.Kərimov bədənin müxtəlif sahələrindən ağır sınıq xəsarətləri alıb.

Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

  • Sosial şəbəkədə paylaş