
"Şikayətim İvanovkanın "Suxarı" məhsulundandır". DİA.AZ bildirir ki, bu barədə Könül Babayeva adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında qeyd edir.

Daha sonra narazı vətəndaş yazır: "Artıq neçənci dəfədir. Yoldaşım fikir vermədən alır, evdə baxıram yanmış, zəhər kimi....
Yanıq iyi də əməlli hiss olunur.
Şəkildə açıq rəngdə düşüb. Bildiyiniz kakao rəngindədir..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
