Sizin reklam burada
Sizin reklam burada

Salyan sakini özünü işlədiyi idarənin qarşısında yandırıb

Salyan sakini özünü işlədiyi idarənin qarşısında yandırıb



Salyan rayon sakini özünü yandıraraq intihara cəhd edib.
"Report" xəbər verir ki, hadisə Salyan Rayon Yaşıllaşdırma İdarəsinin qarşısında qeydə alınıb.
Onun Salyan Rayon Yaşıllaşdırma İdarəsinin işçisi olduğu bildirilir. Belə ki, həmin rayonun sakini, 1995-ci il təvəllüdlü Coşqun Quliyev özünü yandıraraq intihara cəhd edib.
Yaralı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra isə Bakıya, Respublika Yanıq Mərkəzinə göndərilib.

  • Sosial şəbəkədə paylaş