Sizin reklam burada
Sizin reklam burada

İcra hakimiyyətinin qarşısına bomba qoyulduğunu deyən şəxs saxlanıldı

İcra hakimiyyətinin qarşısına bomba qoyulduğunu deyən şəxs saxlanıldı



Səbail Rayon İcra Hakimiyyətinin (RİH) qarşısına bomba qoyulduğunu deyən şəxs saxlanılıb.
Hadisə yanvarın 27-si saat 16 radələrində qeydə alınıb.
Belə ki, naməlum şəxs Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar xəttinə zəng edərək RİH-nin qarşısına bomba qoyulduğunu bildirib.
Araşdırma zamanı zəng edən şəxsin Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü M.N (Ad, soyadı şərti) olduğu məlum olub.
Daha sonra həmin şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
Məlum olub ki, M.N ruhi xəstədir. O, psixiatriya xəstəxanasına yerləşdirilib.

  • Sosial şəbəkədə paylaş