Sizin reklam burada
Sizin reklam burada

Bakıda uşaq bağçası yandı

Bakıda uşaq bağçası yandı





Bakı şəhərinin Qaradağ rayonunda, fəaliyyət göstərməyən uşaq bağçasının ərazisində ümumi sahəsi 500 m² olan taxta konstruksiyalardan ibarət bir-birinə bitişik özbaşına tikililər 140 m² sahədə (məcburi köçkünlərin yaşadığı) yanıb.
Qanunpress.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınaraq, bitişik tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

  • Sosial şəbəkədə paylaş